27 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan Bakıya gəlir: Tarixə düşəcək GÖRÜŞ

14.10.2019

Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Bakıda Türk Şurasının iclasına qatılacağam.
Bunu Bakıya səfərindən öncə jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan oktyabrın 14-ü və 15-də Bakıda olacağını bildirib. O, Bakıya səfəri zamanı ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyevlə, daha sonra türk iş adamlarıyla görüşəcəyini bildirib.
Türkiyə lideri həmçinin Türk Şurasının 7-ci zirvə toplantısının tarixə düşəcəyini söyləyib. O, Bakıdakı görüşdə Özbəkistanın Türk Şurasına tam üzvlüyünün həyata keçiriləcəyini bildirib.
Bakıda türk dövlətləri liderləri ilə təkbətək görüş keçirəcəyini bildirən Ərdoğan bu görüşlərdə "Sülh çeşməsi” əməliyyatı haqqında geniş məlumat verəcəyini deyib. Bununla bərabər, o, türk dünyası arasında əlaqənin güclənməsinin iftixar olduğunu vurğulanıb.