26 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yığmamız dünya çempionatına yollanır

20.09.2019

Qətərin paytaxtı Dohada keçiriləcək atletika üzrə dünya çempionatında iştirak edəcək idmançıların tam siyahısı açıqlanıb.
Sentyabrın 27-də start götürəcək mundialda Azərbaycan yığması üç atletlə mübarizə aparacaq.
İki atletimiz – Nazim Babayev və Aleks Kopello üçtəkanla tullanmada qüvvələrini sınayacaqlar. Onlar sentyabrın 27-də baş tutacaq təsnifat mərhələsində çıxış edəcəklər. İki gündən sonra final baş tutacaq.
Evans Kiplaqat isə kişilərin marafon yarışında mübarizə aparacaq. Bu növdə çıxış edən atletlər yarışın son günü start xəttinə çıxacaqlar.
Həmçinin, Türkiyə yığmasının şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev də çempionatda iştirak edəcək. O, 200 m məsafəyə qaçmaqda və 4x100 m estafetdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 6-da başa çatacaq.