26 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tramp: Putini o sammitə dəvət edə bilərəm

25.08.2019

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini növbəti  "Böyük yeddilik" sammitinə dəvət edə biləcəyini bəyan edib.
Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
D. Tramp V. Putinin 2020-ci ildə ABŞ-da keçiriləcək sammitə qonaq qismində dəvət edilməsini tamamilə mümkün sayıb. Bununla belə, ABŞ Prezidenti Fransanın Biarritz şəhərində keçirilən "Böyük yeddilik" sammitində Rusiya ilə bağlı müzakirələr zamanı deyib ki, Moskvanın "Böyük yeddilik" formatına qayıdıb-qayıtmayacağını bilmir.
Xatırladaq ki, bundan əvvəl D. Tramp Fransa Prezidenti Emmanuel Makronun V. Putinin 2020-ci ildə ABŞ-da keçiriləcək sammitə dəvət edilməsi barədə təklifi ilə razılaşdığını söyləyib. Rusiya Prezidenti isə öz növbəsində deyib ki, Moskva "Böyük yeddilik" ölkələri ilə istənilən əlaqəni faydalı sayır və yenidən "Böyük səkkizlik" formatının formalaşmasını istisna etmir.