23 08 2019-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/08/2019
22/08/2019

"Bir ildir ki, hər gün ölüm haqqında düşünürəm" - 71 yaşlı Akif İslamzadə

09.08.2019

Dünən Azərbaycanın əfsanəvi müğənnisi Akif İslamzadənin doğum günü idi.

Dövran Media bildirir ki, sənətkar doğum günündə ölkə.az-ın bir neçə sualını cavablandırıb. 

- Akif bəy, 71 yaşın əhval-ruhiyyəsi necədir?

-Yetmiş yaşa qədər ölüm haqqında demək olar ki, düşünmürsən. Bəlkə, yaşdan-yaşa, yaxud hansısa hadisə baş verəndə ölüm yadına düşür. Amma yetmişdən sonra elə gün yoxdur ki, ölüm haqqında düşünməyəsən.  Bu ona görədir ki, insan haqdan gələndən qorxmamalıdır. 

- Belə anladım ki, son bir ildə bu haqda hər gün düşünürsüz...

- Əlbəttə, hər gün ölüm haqqında düşünürəm. Bu, düşünən beyinə aiddir. Düşünməyən beyin ölüm haqqında düşünəndə başı ağrıyır. Elə insan yüz yaşında da beş yaşında uşaq kimi şeydir. Nəysə...

- İlk təbriki kimdən aldınız?

- İlk təbriki ailəmdən, övladımdan aldım.

- Elə bir insan varmı ki, ondan təbrik umursunuz?

- Heç kimdən heç nə ummuram. Zəng edən də, mesaj göndərən də, göndərməyən də sağ olsun.

- Yəqin ki, məlumatlısınız, bu gün daha bir böyük sənətkarın doğum günüdür. Eyni gündə, eyni ildə anadan olmusunuz.

- Bilirəm, Rasim Balayevin də 71 yaşı tamam olur. Rasimlə münasibətlərimiz çox yaxşıdır. 

- Çox güman ki, bu gün təbrikləşəcəksiz.

- Təbrikləşməsək də, onun xətrini çox istəyirəm, böyük sənətkardır. 

Təqvim


KİVDF