Ərdoğan NATO-da çıxışı ilə gündəm oldu
12.07.2024
Türkiyə terrorun qanlı üzünü ən yaxşı tanıyan ölkədir.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da keçirilən NATO sammitinin ardınca baş tutan mətbuat konfransında deyib.
"40 ildir təşkilat və müxtəlif quruluşlara qarşı ağır bədəllər ödəyərək mübarizə aparırıq. Bu məsələdə müttəfiqlərimizdən həmrəylik gözləyirik. Bəzi müttəfiqlərimizin terror təşkilatları ilə münasibətlərini qəbul etməyimiz mümkün deyil”, - o əlavə edib.
Ərdoğanın sammitdə bu çıxışı dünya mediasında rezonans doğurub. Siyasi analitiklər Türkiyənin NATO sammitində masadan "ən güclü çıxan ölkə” olduğunu bildirib.