16 05 2025-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Torpaq sürüşməsi olub, avtomobil torpağın altında qalıb

05.05.2025



Mayın 5-də səhər saatlarında Gürcüstanın Lentexi rayonunun (Raça-Leçxumi və Kvemo Svaneti bölgəsi) Babili kəndi ərazisində torpaq sürüşməsi baş verib. Nəticədə içərisində iki sərnişin olan avtomobil torpaq altında qalıb. Sərnişinlər çətinliklədə də olsa avtomobildən çıxa biliblər.

AZƏRTAC Gürcüstan mediayasına istinadla xəbər verir ki, hazırda ərazidə axtarış-xilasetmə tədbirləri aparılır.

Gürcüstanın Avtomobil Yolları Departamentindən verilən məlumata görə, sürüşmə Kutaisi-Tskaltubo-Tsageri-Lentexi-Lasdili respublika avtomobil yolunun 91-ci kilometrliyində baş verib. Hazırda yolun bu hissəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

Yolun gün ərzində nəqliyyatın hərəkətinə açılacağı gözlənilir.

Avtomobil Yolları Departamenti, eyni zamanda, sürücülərə müraciət edərək Gürcüstan yollarının bəzi hissələrində məhdudiyyətlərin tətbiqi ilə bağlı xəbərdarlıq edib. Bildirilir ki, Kutaisi-Tskaltubo-Tsageri-Lentexi-Lasdili respublika yolunda bütün növ avtomobillərin hərəkətinə müvəqqəti qadağa tətbiq edilib.

Qaya uçması ilə əlaqədar Mestia dağına gedən yolda bütün növ avtomobillərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Məhdudiyyətlər Zuqdidi-Cvari-Mestiya-Lasdili milli yolunun 182-185-ci kilometrlərində (Kala-Uşquli hissəsi) qüvvədədir.