02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Palçıqdan tikilmiş məscid - SƏNƏDLİ FİLM

09.04.2018

"Dövran Media" xəbər verir ki, dünyanın çiy kərpicdən tikilmiş ən böyük məscidi Malidə yerləşir. Tikintisi 1907-ci ildə başa çatan Cənnə məscidi dünyanın çiy kərpicdən tikilən ən böyük məscididir. Malidə Bani çayının sahilində yerləşən məscid memarlıq abidəsi kimi, Sahel-Sudenez memarlığının ən böyük müvəffəqiyyətindən biri sayılır. Məscid Cənnə şəhərinin, ümumilikdə isə ölkənin rəmzi kimi inşa edilib. Ümumiyyətlə, bu bölgədə ilk məscid XIII əsrdə inşa edilib. Məscid mali xalqı üçün böyük əhəmiyyət daşımaqla yanaşı, Afrikanın dəyərli simvolu sayılır. Hər il yağış mövsümündən sonra 4 min könüllü çox böyük bir hissəsi suyun təsiri ilə dağılan Cənnə məscidini yenidən inşa edir.
Xatırladaq ki, Mali Respublikası 17 milyon zənci əhalidən ibarət dövlətdir. Qərbi Afrikada yerləşir. Dənizə çıxışı yoxdur.
"Dövran Media" filmi təqdim edir: