13 08 2025-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024

Gürcüstan Prezidenti Azərbaycanın və Ermənistanın sülh istiqamətində atdığı addımları alqışlayıb

13.08.2025

Türkiyəyə səfəri çərçivəsində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əlaqələr, müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi perspektivləri diqqət mərkəzində olub.

Gürcüstan mətbuatının yazdığına görə, söhbət zamanı dünyada və Cənubi Qafqaz regionunda mövcud vəziyyət barədə də məsələlər ətrafında fikir mübadiləsi aparılıb. M.Kavelaşvili bildirib ki, Gürcüstan Cənubi Qafqazda dinc birgə yaşayış formulunu dəstəkləyir və regionda sülhün və konstruktiv əməkdaşlığın təşviqi prosesinə töhfə verməyə həmişə hazırdır.

O, Azərbaycanın və Ermənistanın davamlı sülhün bərqərar olması istiqamətində atdığı addımları alqışladığını bildirib və qeyd edib ki, bu addımlar bölgədə sülhün və sabitliyin təşviqinə töhfə verməlidir.

Görüşdə Gürcüstanla Türkiyə arasında iqtisadi əməkdaşlıq məsələləri də müzakirə olunub. M.Kavelaşvilinin sözlərinə görə, ölkələr arasındakı regional və strateji əhəmiyyət kəsb edən layihələr səmərəli əməkdaşlığın, davamlı inkişafın və etibarlı tərəfdaşlığın bariz nümunəsidir.