13 08 2025-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024

Azərbaycan və Ermənistan bir-birinə güc tətbiq etməyəcək

11.08.2025

Ermənistan və Azərbaycan bir-birinə güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən çəkinəcəklər.



Devranmedia.com xəbər verir ki, bu barədə "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin” paraflanmış mətnində qeyd olunub.

"Tərəflər bir-biri ilə qarşılıqlı münasibətlərdə ərazi bütövlüyü və ya siyasi müstəqilliyə qarşı və ya BMT Nizamnaməsinə zidd olan hər hansı bir digər formada, güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən çəkinəcəklər. Onlar öz müvafiq ərazilərindən hər hansı üçüncü tərəfin digər Tərəfə qarşı BMT Nizamnaməsinə zidd olaraq güc tədbiq etmək üçün istifadə edilməsinə imkan verməyəcəklər", - sənəddə bildirilib.

Saziş mətninə əsasən, Tərəflər bir-birinin daxili işlərinə müdaxilədən çəkinəcəklər.