13 08 2025-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024

Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər

25.07.2025

2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a verilən məlumata görə, uçuşlardan əvvəl şəxsi heyətin nəzəri bilikləri yoxlanılıb, hərbi pilotlara təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları çatdırılıb. Daha sonra helikopterlərə nəzarət baxışı keçirilib.

Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən helikopterlər havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, eləcə də, digər fəaliyyətlər üzrə tapşırıqları yerinə yetiriblər.

Təlim-məşq uçuşlarında yüksək peşəkarlıq nümayiş etdirən hərbi pilotlar qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.