02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fironun büstü satıldı - 6 milyon dollara

05.07.2019

Firon Tutanhamonun daşdan hazırlanmış büstü hərracda 5,97 milyon dollara satılıb.
"Kommersant” xəbər verir ki, bununla belə, Misir hakimiyyəti büstün geri qaytarılmasını tələb edərək hərracın keçirilməsinə qarşı çıxıb.
Hərracda firon Tutanhamonun üz cizgilərinin olduğu qədim Misir tanrısı Amonun heykəlinin baş hissəsi də satışa çıxarılıb. Büst qəhvəyi kvarsitdən hazırlanıb və hündürlüyü 28,5 santimetrdir.
Büstün alıcısının adı açıqlanmır.
Xatırladaq ki, Misir hakimiyyətinin 1983-cü ildə qəbul etdiyi qanun ölkədən tarixi əşyaların çıxarılmasını qadağan edir.