29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Penaltini vura bilmədi, ölümlə hədələndi

02.07.2019

Amerika Kubokunun 1/4 final oyununda penaltini dəqiq yerinə yetirə bilməyən Kolumbiya yığmasının oyunçusu Vilyam Tesilo təhdidlə üzləşib.
Kolumbiya yığması turniri tərk etdikdən sonra fanatlar onu və həyat yoldaşını təhdid etməyə başlayıblar.
"Bəli, bu düzdür, onlar mənim həyat yoldaşıma yazmağa başlayıblar. Onlar mənə də yazıblar, amma hələ heçnə paylaşmamışam", - deyə Tesilo bildirib.
Məlumata görə, naməlum şəxslər futbolçunun həyat yoldaşına Tesilonun digər futbolçu Andres Eskobarın aqibətini yaşaması barədə arzularını göndəriblər.
Xatırladaq ki, futbol üzrə Kolumbiya yığmasının müdafiəçisi Andres Eskobar 1994-cü ildə keçirilmiş dünya çempionatından sonra gecə klubunda güllələnib. Buna səbəb komandanın dünya çempionatında həmin oyunçuya görə məğlub olması olub. Vətənə qayıdan Eskobara fanatlardan biri odlu silahdan 7 dəfə atəş açıb və hər dəfə "qol" - deyə qışqırıb.