06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rus podpolkovnikin 100 illik CƏSƏDİ: -Araşdırma, FOTOLAR +TÜRKİYƏDƏ

06.04.2018

"Dövran Media"nın xarici mətbuata istinadən məlumatına görə Türkiyənin Ardahan vilayətində bina tikmək məqsədilə təməl qazılarkən mağara aşkar edilib. Mağaradan üzərində xaç işarəsi olan tabutu çıxaran işçilər onu açarkən qorxuya düşüblər. Öncə cənazənin bir rus generalına aid olduğunu zənn etsələr də araşdırmalar zamanı məlum olub ki, cəsəd Birinci Dünya Müharibəsində basdırılmış Polonyalı Podpolkovnik Karl Karloviç Rjepetskidir. Podpolkovnikin qohumu Maksim Redin onun köhnə fotolarından birini Sputnikdə axtarışa verdikdən sonra bunları deyib: "Fotonu mənə podpolkovnikin nəvələri göndərdi. Bundan əlavə, Rusiya arxivlərində onun ailəsinə pensiya verilməsi ilə bağlı qərarnamələr də tapdıq"
Hazırda cəsəd Qars muzeyində saxlanılır və bir ildən çoxdur ki, nə Polonya nə də Rusiya tərəfindən cəsədlə maraqlanan yoxdur. Mağaranın və tabutun tapıldığı yerin sahibi də gileylidir:
"Bu günə qədər bütün aidiyyatı qurumlara rəsmi müraciətimə baxmayaraq heç bir cavab ala bilməmişəm. Nə Rusiya nə Polonya nə də ki, Türkiyə cəsədə sahib çıxır. Mağara sahibsiz itlərin yuvasına dönüb. Bu necə bir dövlətdir, bu necə bir millətdir ki, öz əsgərinin cənazəsiylə maraqlanmır?" deyən sahibkar Rusları məzəmmət edib.