29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Borca görə qəbirə girdi

02.06.2019

Həyat yoldaşından ayrılan hər kişi uşaqlara görə aliment ödəyə bilmir. Məsələn, Həştərxanda ata aliment borcuna görə qəbirdə gizlənib.
O, məhkəmə icra məmurlarından gizlənməyin başqa yolunu görməyib. Borcu 200 min rublu (3 min dollar) keçəndən sonra qeybə çəkilib. İcra məmurları onu qeydiyyatda olduğu ünvanda çox gözləyiblər, gözə görünməyib. Kişini tapmaq üçün iş yerinə yolanıblar. Onu işlədiyi qəbiristanlıqda tapıblar. Amma uzanmış halda. İcra məmurlarını görən borclu qazılmış qəbir yerlərindən birinə girərək, gözlərini yumub. Amma adı, soyadı, atasının adı dəqiq söyləniləndən sonra oradan çıxıb.
Kişi canını borcu ödəməklə qurtara bilməyəcək. Çünki əvvəllər də bu məsuliyyətdən yayınıbmış. Haqqında cinayət işi açılacaq.