28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pomidoru soyuducuda saxlamaq olmaz?

01.06.2019

Elm adamları bildirirlər ki, pomidorların soyuducuda saxlanılması doğru deyil. 12 dərəcədən aşağı temperaturda saxlanılan pomidor təzə qalsa da, dadı tamamilə dəyişir.
ABŞ-ın Florida Universitetinin tədqiqatçıları isə iri marketlərdə satılan pomidorların görünüşü yaxşı olsa da, niyə dadsız olduğuna aydınlıq gətiriblər. Onlar qeyd edirlər ki, pomidorlar soyuduculara qoyulur, sonra bir neçə gün otaq temperaturunda saxlanılır.
Bundan başqa, pomidorların yetişməsi üçün lazım olan müddət gözlənilmir və vaxtından əvvəl yığılaraq tez əmələ gəlməsi üçün qazdan istifadə olunur.
Qeyd edək ki, pomidorun insan sağlamlığına çox xeyri var. Belə ki, bol vitamin mənbəyi olan pomidor dərini nəmləndirir və parlaqlaşdırır. Həmçinin ürək, xərçəng xəstəlikləri, infarkt, yüksək təzyiq riskini aşağı salır, görmə qabiliyyətini yaxşılaşdırır, yaşlanma prosesini ləngidir.
Pomidor hüceyrələrin bərpası və əzələ kütləsinin artırılması üçün gərəkli olan zəngin protein mənbəyidir.