29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ramildən növbəti MEDAL

31.05.2019

Azərbaycanlı atlet Ramil Quliyev növbəti medalını qazanıb.
Türkiyə yığmasının 29 yaşlı üzvü İsveçin paytaxtı Stokholmda keçirilən Brilliant Liqasının üçüncü mərhələsində ikinci pilləni tutub və "gümüşü" boynundan asıb.
İdmançı 200 metr məsafəni 20,40 saniyəyə qət edib. Quliyev ötən il eyni yarışda 19,22 saniyə ilə çempion olmuşdu.

O Türkiyə yığmasının heyətində 2017-ci ildə dünya, 2018-ci ildə isə Avropa birincisi adını qazanıb.