29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mövsümün ən yaxşısı Messi oldu

29.05.2019

İspaniya La Liqasında başa çatan 2018-2019 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
 "Marca" nəşrinin versiyasına əsasən, "Barselona"nın kapitani Lionel Messi hamını qabaqlayıb. Çempionatı 36 qolla başa vuran argentinalı superulduz 6-cı dəfə ən sərrast oyunçu üçün nəzərdə tutulan "Piçiçi" mükafatına da layiq görülüb. Leo bombardirlər yarışında ən yaxın izləyiciləri Luis Suares və Kərim Benzemadan 15 qol çox vurub.
Qeyd edək ki, Messi 6-cı dəfə Avropanın ən sərrast futbolçusu kimi "Qızıl buts" mükafatına da sahib çıxıb.