02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Arsenal” və "Yuventus"un sabiq futbolçusu “Qarabağ”da? - AÇIQLAMA

27.05.2019

Məşhur futbolçu Niklas Bendtnerin "Qarabağ"a keçidi ilə bağlı xəbərlər yayılıb.
Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov "Yeni Sabah"a açıqlamasında bu məlumatlara aydınlıq gətirib:
"Açığı, biz də sosial şəbəkələrdə oxuduq, gördük. Amma elə bir şey yoxdu. Yalan məlumatlardı, həqiqəti əks etdirmir. Futbolçu ilə heç bir danışıq olmayıb."
Qeyd edək ki, 31 yaşlı forvard 2005-2014-cü illərdə "Arsenal"a məxsus olub. O, 2006/07 mövsümündə "Birmingem", 2011/12 mövsümündə "Sanderlend", 2012/13 mövsümündə isə "Yuventus"da icarə əsasında çıxış edib. 2014-cü ildə "Volfsburq"a transfer olunan danimarkalı forvaod 2016-cı ildə "Nottingem Forest"ə keçib. O, 2017-ci ildən Norveçin "Rusenborq" klubunda top qovur. 
Bendtner 2006-cı ildən dəvət aldığı Danimarka millisində 81 oyun keçirərək 30 qol vurub.