02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İnstitutdan gürzə AÇIQLAMASI

27.05.2019

İnstitutun Zooloji Muzeyinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova Trend-ə bildirib ki, Abşeron yarımadası, o cümlədən Bakı arid zona olduğundan burada ilanların yaşaması üçün çox əlverişli mühit var.
Bakıda gürzə ilanının hər zaman olduğunu deyən S.Bünyatova qeyd edib ki, şəhərin mərkəzində gürzə ilanına rast gəlməkdə təəccüblü heç nə yoxdur:
"Bakıda, xüsusilə şəhərətrafı kəndlərdə gürzə ilanı hər zaman olub. Bakının Əhmədli, Xəzər rayonlarında da gürzə ilanına rast gəlinib. Hətta Botanika bağında, Zoologiya İnstitutunun öz həyətində də bu ilana rast gəlinib. Ona görə də Bakının mərkəzində gürzəyə rast gəlinməsinə təəccüblənmək lazım deyil".
S.Bünyatova qeyd edib ki, ilanlar gəmiricilərin çox olduğu, tikintidən sonra dağılan açıq sahələrdə yayılır.