02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Naməlum heyvan qalıqları - VİDEO

17.05.2019

ABŞ-ın Florida ştatında yaşayan Kelli Qrraxan evinin yaxınlığında naməlum heyvanın qalıqlarını tapıb.
Naməlum heyvanın baş forması və dişləri itə bənzəyir. Amma quyruğu və qəribə pəncələri isə başqa heyvan olduğundan xəbər verir. Naməlum heyvanın uzunluğu 50 sm-dir.
Kelli sevgilisi ilə birlikdə naməlum heyvanın fotolarını çəkib internetə yükləyiblər. Bəziləri bunun koyota, bəziləri komod varanına bənzədiblər. Opossuma və əfsanəvi çupakabra bənzədənlər də tapılıb.
Qrraxan və onun sevgilisi fotoları vəhşi təbiətin mühafizəsi idarəsinə də göndəriblər. Ekspertlərin fikrinə əsasən, bu, hansısa hibrid və ya mutant heyvanın qalıqlarıdır.