03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"4:0 hesablı qalibiyyət daha gözəl olardı" - Messi

02.05.2019

Matçın son dəqiqəsində daha bir qol epizodumuz oldu. 4:0 hesablı qalibiyyət daha gözəl olardı. Amma indiki də yaxşı nəticədir. Hələ növbəti mərhələyə yüksəlmədiyimizin fərqindəyik. Daha çətin cavab qarşılaşması bizi gözləyir. Qələbə qazandığımız üçün xoşbəxtik.
Bu sözləri "Barselona"nın futbolçusu Lionel Messi Çempionlar Liqasının yarımfinalında "Liverpul"a 3:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra deyib.
Sözügedən matçda dubla imza atan argentinalı hücumçu bildirib ki, "Liverpul"un qol vurmamağı önəmli idi: "İkinci hissədə nəticəni dəyişdirə biləcək şansları oldu, amma fərqlənə bilmədilər".
O, vurduğu ikinci qol haqda da danışıb: "Zərbə effektli oldu. Qol vura biləcəyimə ümid edirdim. Top qapıya getdiyi üçün şanslı idim".
Messinin sözlərinə görə, hazırda bu mövsümün həlledici anındadırlar: "Biz hamımız daha çox birləşməliyik. Hazırda kimisə tənqid etmək zamanı deyil. Biz-birimizə dəstək olmalı və finala birlikdə çıxmalıyıq.