06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pitonla təhlükəli şou - VİDEO

26.03.2018

 
Hindistanda piton şou zamanı ilan oynadanı boğmağa başlayıb.
"Dövran Media" xəbərinə görə, hadisənin videosu YouTube portalında yerləşdirilib.
İlan oynadan yoldan keçən insanları onun pitonla tryuklarına baxmağa çağırır. O ilanı boynuna sarıyaraq yerə oturur və torbasından nə isə çıxarmaq istəyir.
Lakin bu zaman piton onu boğmağa başlayır.
Tamaşaçılar baş verənlərin şounun bir hissəsi olmadığını dərhal başa düşməyiblər və çəkilişlərə davam etdiriblər.
Hindistanlı pitonu əvvəl özü boynundan çıxarmağa çalışıb, lakin sonda huşunu itirərək yerə yıxılıb.
Sputnik International məlumat verir ki, bundan sonra bir neçə nəfər pitonu onun boynundan götürüb və kişini Varanasi şəhərindəki xəstəxanaya göndəriblər.