03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Ulduz” filminin “Nazik”i vəfat etdi

26.04.2019

Aktrisa Məleykə Ağazadə aprelin 24-də 90 yaşında dünyasını dəyişib.
Bu barədə news24.az-a aktrisanın oğlu Zeynal Ağazadə məlumat verib.
O bildirib ki, anası son illər yüksək qan təzyiqindən əziyyət çəkirdi. 
Mərhum aktrisa Bakıda dəfn edilib. Bu gün aktrisanın Təzə Pir məscidində üç mərasimi keçirilir.
Qeyd edək ki, Məleykə Ağazadə 3 sentyabr 1929-cu ildə Bakıda anadan olub. 13 yaşında istedadı və çıxışlarına görə "Qafqazın müdafiəsinə görə” medalı ilə təltif olunub. O, 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynayıb.
1972-ci ilə qədər filmlərə çəkilib. Məleykə Ağazadənin ən məşhur rolu "Ulduz” filmində yaratdığı "Nazik” obrazıdır.