03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Orxan Gəncəbayın oğlunu ürəyindən bıçaqladılar

26.04.2019

Türkiyənin məşhur müğənnisi Orxan Gəncəbayın aktyor oğlu Gökhan Murad Emre Gəncəbay bıçaqlanıb.
"Hürriyet” xəbər verir ki, taksi sürücüsü D.E. ilə mübahisə edən Gökhanın sinəsinə bıçaq zərbəsi vurulub.
Müğənninin oğlu xəstəxanaya yerləşdirilib, D.E. isə polisə aparılıb.
Gökhanla sürücü arasında mübahisəyə yol vermək üstündə olub. D.E. Gökhanın yanında əyləşən sevgilisi Seda Hanı təhqir edərək, ünvanına nalayiq sözlər söyləyib. Dava da bundan sonra başlayıb.
Bıçaqlanan Gökhan Gəncəbayın vəziyyəti normaldır.
Qeyd edək ki, 34 yaşlı Gökhan Gəncəbay aktyorluq təhsili alıb. Gənc aktyor bu il aktyorluq karyerasına start verib. O, bir sıra seriallardan təklif alıb.