03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mançester derbisini "mavilər" qazandı

25.04.2019

İngiltərə Premyer Liqasında 31-ci turdan təxirə salınmış  iki oyun keçirilib.
Son oyun günündə Mançester derbisi reallaşıb. Turnir cədvəlinin 2-ci pilləsində yer alan və lider "Liverpul"dan cəmi 2 xal geridə olan "Mançester Siti" səfərdə 6-cı sırada olan "Mançester Yunayted"lə qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.
Digər oyunda isə "Arsenal" "Vulverhempton"un qonağı olub. Meydan sahibləri "topçular"ı məğlub yola salıb - 3:1.
24 aprel
"Mançester Yunayted" - "Mançester Siti" - 0:2
Qollar: B.Silva, 54, L.Sane, 66
"Vulverhempton" - "Arsenal" - 3:1
Qollar: R.Neves, 28 (1:0), M.Doherti, 37 (2:0), D.Jota, 45+2 (3:0), Sokratis, 30 (3:1)
Qeyd edək ki, bu qələbə ilə xalını 89-a çatdıran "MS" liderliyə yüksəlib. "Liverpul" 88 xalla 2-ci, "Tottenhem" 70 xalla 3-cü, "Çelsi" 67 xalla 4-cü, "Arsenal" 66 xalla 5-ci, "Mançester Yunayted" 64 xalla 6-cıdır.