03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məşhur müğənni Formula-1 üçün Bakıya gələsi olmadı - Səbəb

24.04.2019

Formula-1 üzrə Azərbaycan Qran-Prisi çərçivəsində şənbə günü Bakıda konsert proqramı ilə çıxış etməsi planlaşdırılan dünya şöhrətli ulduz Sem Smit Bakıya gəlməyəcək.
Bu barədə qran-prinin rəsmi səhifəsində qeyd edilib. Müğənnin səhhətində yaranan problemlər səbəbindən səfərin baş tutmadığı bildirilib:
"Dərin təəssüf hissi ilə bildiririk ki, Sem Smitin şənbə günü Bakıda keçirilməsi planlaşdırılan konserti bizdən asılı olmayan səbəblərdən baş tutmayacaq. Ötən həftə Cənubi Afrika turunu yarımçıq qoymasının ardından Sem həkimlərin tövsiyəsi ilə çıxışlarına fasilə verməli olub.
Ümid edirik ki, Sem tez bir zamanda səhhəti ilə bağlı problemləri aradan qaldıracaq və yaxın gələcəkdə onu Bakıda qonaq edəcəyik”.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya Şöbəsinin rəhbəri Nigar Arpadarai Report-a bildirib ki, britaniyalı müğənnini Bakı konsertində həmyerlisi Jessi J əvəzləyəcək.