03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"İdeal olmaq mümkün deyil" - Qvardiola

20.04.2019

"İdeal olmaq mümkün deyil, ancaq buna cəhd etməlisən. Əgər səhvləri düzəltməsən, özünü yenidən göstərəcək".
Bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola klubun rəsmi saytına açıqlamasında deyib.
İspaniyalı mütəxəssis Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra diqqətlərini Premyer Liqaya yönəltdiklərini bildirib: "Hələ Çempionlar Liqasının oyunlarından əvvəl bildirmişdim ki, biz inanılmaz şeylər etmişik. Komandamda fəxr edirəm.
Mən ancaq qarşıdakı oyun barədə düşnürəm. Çempionluq uğrunda mübarizə aparmağımız yaxşıdır. Əvvəl "Tottenhem"lə, sonda isə "Mançester Yunayted"lə görüş barədə düşünməliyik". 
Qeyd edək ki, "Mançester Siti" bu gün evdə "Tottenhem"i qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.
Xatırladaq ki, "şəhərlilər"i ÇL-dən məhz "Tottenhem" kənarlaşdırıb.