05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avropanın 8 ən nəhəng ölkəsi

30.03.2019

Qlobal iqtisadiyyatın 30 faizi 28 ölkəni özündə birləşdirən Avropa Birliyinin payına düşür.
"Dövran Media" xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev deyib. Ekspert Avropa Birliyində iqtisadiyyatın həcminə görə, ən böyük 8 ölkəni belə qruplaşdırıb:
"1. Almaniyada ÜDM 3,76 trilyon dollardır. Bunun 70%-i bank sektoru və turizmin daxil olduğu xidmət hesabına formalaşır. 2. Fransa 2,81 trilyon dollar ÜDM ilə dünyanın 6-cı ən böyük kənd təsərrüfatı istehsalçısıdır. 3. Birləşmiş Krallıqda ÜDM 2,73 trilyon dollar təşkil edir. Bu ölkədə turizm sənayesi güclü inkişaf edib. 4. Dünyanın ən böyük şərab istehsalçısı olan İtaliyada ÜDM 2,07 trilyon dollar təşkil edir. 5. İspaniyada isə ÜDM 1,46 trilyon dollardır. İspaniya dünyada turistlərin ən çox səfər etdiyi üçüncü ən böyük ölkədir. 6. Niderlandda ÜDM 997 milyard dollar təşkil edir, çünki böyük təbii resurslara, o cümlədən təbii qaz ehtiyatlarına malikdir. 7. Polşa 571 milyard dollar ÜDM-ə sahibdir. Ölkədə mədən sənayesi, kənd təsərrüfatı, əzcaçılıq güclü inkişaf edib. 8. İxracyönümlü olmaqla yanaşı, mədən, mühəndislik, telekommunikasiya sektorunu da yüksək inişaf etdirən İsveçdə isə ÜDM 558 milyard dollardır”.