05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Soğan niyə bahalaşdı? - Səbəbləri

27.03.2019

Azərbaycanda soğanın qiyməti ötən il çox aşağı olub və fermerlərə zərər vurub. Ola bilsin ki, bunu nəzərə alan sahibkarlar bu il üçün az soğan əkiblər və son nəticədə qiymət artıb.
Bunu Report-a açıqlamasında Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Bəşir Quliyev ölkədə soğanın 2 dəfə bahalaşmasına münasibət bildirərkən deyib.
Qeyd edək ki, hazırda daxili bazarda 1 kq soğan 1,3-1,5 manata satılır ki, bu da təxminən 2 dəfə bahalaşma deməkdir.
"Fevralda soğan istehsalçıları ilə görüş keçirilmişdi. Onda sahibkarların qiymətdən hər hansı şikayəti yox idi, əksinə soğanın keçən ilə nisbətən qismən bahalaşmasına (ötən il soğanın qiyməti 0,25-0,40 manat təşkil edirdi) görə sevinirdilər. Mən bildiyimə görə, ötən ayın sonuna qədər Türkiyəyə ixrac həyata keçiriləcəkdi. Mart ayında istehsalçılarla görüşməmişik”, - deyə o, əlavə edib.
Kənd Təsərrüfatı Nazirliyindən isə bildirilib ki, soğanın bahalaşması bu məhsulun Türkiyəyə ixracının kəskin artması və bunun yaratdığı ajiotajla bağlıdır.
"Təkcə bu ilin yanvar-fevral aylarında Azərbaycan ötən ilin eyni dövrü ilə müqayisədə 2-3 dəfə çox - 7 min tondan çox soğan ixrac edib ki, bunun da təxminən 6 min tonu Türkiyəyə göndərilib. Bununla belə, daxili bazarda soğanın bahalaşması üçün ciddi səbəb yoxdur. Çünki ixraca yönəlmiş soğan ölkədə istehsal olunan məhsulun kiçik hissəsidir. Sadəcə müəyyən qədər ajiotaj var və bu, yerli istehsalçıları qiymətləri artırmağa sövq edib. Yəgin ki, yaxın günlərdə qiymətlər əvvəlki həddə, yəni hər kq üçün 60-70 qəpiyə düşəcək”, - deyə nazirlik bəyan edib.