29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünyada ilk nüvə partlayışı - Video

13.03.2019

Sosial şəbəkələrdə "Triniti” ilk nüvə silahı sınaqlarının bərpa olunmuş videosu yayılıb.
Bu barədə Yutubda "atomcentral” kanalı paylaşım edib.
Videoda təqdim olunan partlayış 1945-ci ildə ABŞ-ın Nyu-Meksiko ştatındakı Alamoqordo poliqonunda baş verib.
Partlayışın gücü 21 kiloton trotilə bərabər olub. Partlayış zamanı episentrə yaxın yerləşən tikili "yoxa çıxıb”, ərazidəki asfalt isə əriyib.

Sınaqlar Manhetten layihəsi çərçivəsində aparılıb. Bu zaman ABŞ-da 3 atom bombası yaradılıb. "Triniti” sınaqları zamanı "dənəcik” adlı mərmi partladılıb, bu tipə aid digər iki bomba "Körpə” və "Gombul” Xirosima və Naqasakiyə atılıb.