29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ronaldu Messinin rekordunu təkrarladı

13.03.2019

İtaliya çempionu "Yuventus"un hücumçusu Kriştianu Ronaldu yeni rekorda imza atıb.
"Dövran Media" xəbər verir ki, Portuqaliya yığmasının ulduz futbolçusu Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İspaniyanın "Atletiko" klubuna qarşı keçirdikləri cavab oyununda (3:0, ilk oyun 0:2) het-trikə imza atmaqla UEFA-nın bayrağı altında təşkil olunan klub tirnirlərində ən çox qol vuran oyunçuya çevrilib.
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Ronaldu qitəmiqyaslı klub turnirlərində 125-ci qolunu vurmaqla yeni rekord müəyyənləşdirib.
Portuqaliyalı ulduz bu oyunda 3 qol vurmaqla həm də "Barselona"nın argentinalı hücumçusu Lionel Messinin rekordunu təkrarlayıb. Artıq hər iki futbolçunun Çempionlar Liqasında imza atdığı het-trik sayı bərabərdi - 8.