29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

MakQreqor qandallandı - VİDEO

12.03.2019

Yüngül çəkidə Absolyut Döyüş Çempionatı (UFC) versiyası üzrə sabiq dünya çempionu, irlandiyalı Konor MakQreqor dünən ABŞ-ın Mayami-biç şəhərində tutulub.
"Dövran Media" Miami Herald-a istinadən bildirir ki, 30 yaşlı döyüşçünün saxlanmasının səbəbi onun pərəstişkarına hücum etməsidir.
Yaşlı fanat Konor "Fontainebleau Miami Beach" otelindəki LİV gecə klubundan çıxarkən onun fotosunu çəkməyə çalışıb. Sinirlənmiş MakQreqor onun əlindən vurub telefonunu alıb, sonra telefonu yerə çırparaq tapdalayıb.
Polisdən verilən məlumata görə, telefonun dəyəri təqribən 1000 dollar idi.
MMA-da 21 qələbəyə nail olaraq 4 dəfə məğlub olmuş Konor MakQreqor ötən ilin oktyabrında yüngül çəkidə UFC versiyası üzrə dünya çempionu titulu uğrunda döyüşdə dağıstanlı Həbib Nurməhəmmədova uduzub.
Polis idarəsindən "Turner Guilford Knight Correctional Center"ə aparılmış Konor MakQreqor 12500 dollar ödəyəndən sonra pullu zaminə buraxılıb.
İrlandiyalı döyüşçü Cənubi Floridaya anasının 60 yaşının tamam olması münasibətilə yollanmışdı.