29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı müəllim yenilik etdi - "Qurmanayzer" adlı ALƏT

02.03.2019

Mingəçevirdə musiqi müəllimi qarmon üzərində "Qurmanayzer" adlı yeni alət yaradıb. "Qurmanayzer" musiqi aləti şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin 61 yaşlı musiqi müəllimi Qurban Məmmədov tərəfindən hazırlanıb.
Mövcud musiqi alətlərinin hər birinin bir neçə variantını özündə cəmləşdirən alət 940 səsi səsləndirmək imkanına malikdir. Alət xüsusi qulaqcığa birləşdirilmiş nəfəs qurğusu vasitəsi ilə idarə olunur. Hətta yeni alətdə  səslər arası məsafə fərqi də aradan qaldırılıb və ortaq fərq səs elementlərini də səsləndirmək mümkün olur. Onun hazırlanmasına 2 il 3 ay vaxt sərf olunub, təqribən 3 min manat sərmayə yatırılıb. Bu zaman 99 metr uzunluğunda avia naqildən və digər texniki vasitələrdən istifadə olunub. Əvvəlcə 512-i səsi alətə tətbiq etməyi bacaran müəllif, daha sonra səslərin sayını 940-a çatdırıb.
Q. Məmmədov yeni alətin adını öz adına uyğun adlandırdığını deyir. Onun sözlərinə görə, bu alətin analoqu yoxdur. Hələlik müəllif "Qurmanayzer"in kütləvi istehsalı haqqında düşünmür. Bununla belə, müxtəlif rəsmi konsert proqramlarında və el şənliklərində yeni alətin imkanlarını nümayiş etdirir./ona/