29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Barselona” “Real”ı darmadağın elədi - VİDEO

28.02.2019

İspaniya Kubokunun yarımfinalında "Barselona” səfərdə Madrid "Real”ını 3:0 hesabı ilə darmadağın edərək (iki oyununun nəticəsinə görə 4:1) turnirin finalına çıxıb.
"Dövran Media"nın məlumatına görə, ilk hissə kral klubunun üstünlüyü ilə keçib.
Kərim Benzema və Vinisius Junior qol vəziyyətlərindən istifadə edə bilməyiblər.
İkinci hissənin əvvəllərində "Barselona” hesabı açıb. Matçın 50-ci dəqiqəsində Usman Dembelenin ötürməsindən sonra Luis Suarez adını tabloya yazdırıb.
Qarşılaşmanın 69-cu dəqiqəsində "Real”ın müdafiəçisi Rafael Varan topu öz qapısına göndərərək hesab arasındakı fərqi artırıb. Bir neçə dəqiqə sonra isə Suarez özü qazandığı penaltini dəqiq yerinə yetirib (73-cü dəqiqə).
İspaniya Kubokunun finalında "Barselona”nın rəqibi "Betis”-"Valensiya” cütlüyünün qalibi olacaq. Bu komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb.