29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yağış və qar yağacaq - Hava yenə dəyişir

23.02.2019

Fevralın 24-də ölkə ərazisində hava şəraiti dəyişəcək.
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, fevralın 24-də Bakıda və Abşeron yarımadasında əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq:
"Səhər duman, çiskin  olacaq. Fevralın 25-də gün ərzində arabir yağış yağacaq, temperatur 8-11 dərəcə olacaq. Rayonlarda isə əsasən, yağmursuz hava şəraiti olacaq.
Lakin fevralın 24-ü axşam saatlarında bəzi şimal-şərq rayonlarında yağış, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var”, - deyə Gülşad Məmmədova qeyd edib.