29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Həccə getməyin qiyməti açıqlandı

22.02.2019

2019-cu ildə Azərbaycandan Həcc ziyarətinə getməyin qiyməti məlum olub.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, bu il Həcc ziyarətinə getmək istəyənlər 4285 dollar ödəniş edəcəklər.
QMİ-dən qeyd edilib ki, Həcc ziyarətinə sənəd qəbulu gələn həftə elan olunacaq.
Qeyd edək ki, bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb.
Ötən il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılmışdı və bir nəfərin ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilmişdi.