03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin tatamiyə çıxacaq

14.02.2019

Rusiya prezidenti Vladimir Putin fevralın 14-də Rusiyanın cüdo yığması ilə birgə tatamiyə çıxmağı planlaşdırır.
Bu barədə rusiyalı dövlət başçısının mətbuat katibi Dmitri Peskov açıqlama verib.
"O, (Putin - red.) uzun müddətdir ki, onlarla məşq etmir”, - deyə D.Peskov bildirib.
Qeyd edək ki, V.Putin 11 ildir ki, əlbəyaxa döyüş növləri, o cümlədən, cüdo və sambo ilə məşğul olur. İdman ustası dərəcələri var. 2006-cı ildə Avropa Cüdo İttifaqının fəxri prezidenti olub. 2010-cu ildə isə Yönin Cənubi Koreya Universitetində "cüdo sahəsinin doktoru” diplomunu alıb. Bundan başqa, karate üzrə qara kəmərə sahibdir.
Rusiyalı lider asudə vaxtlarında hokkey və xizəkçiliklə məşğul olur.