03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünyanın ən təəccüblü diki - FOTOSESSİYA

05.01.2018

Dünyanın hər yanında bizləri riqqətə gətirəcək, təəccübləndirəcək həm Allahın, həm də insan əlinin möcüzəsi olan tikililər var.

Bunlardan biri də həmsərhəd qonşumuz Gürcüstanın Çiatura qəsəbəsi yaxınlığında yerləşən, Katsi dikidir. Təqribən 40 metr yüksəklikdə kirəçdaşından ibarət bu sütun şəklindəki Katsi dikini, bölgənin hər tərəfindən rahatlıqla görmək olur. Katsi dikinin təpəsində gördüyümüz kilsə isə miladdan əvvəl 6-cı və 8-ci yüzillər arasında günah təmizləyən papaz Aziz Maximusun adına inşa edilmişdir. 1944-cü ildə alimlər tərəfindən ilk dəfə araşdırılan Katsi dikində 2007-ci il təkrar araşdırmalar aparılır və kiçik bir kirəçdaşı təbəqəsi aşkar edilir. Təbəqənin üzərində 13-cü yüzildəki gürcü alifbasına aid bir yazı da yazılmışdı. Hazırda isə kilsənin yerləşdiyi bu dikdə bir monastr görünür və monastrda sadəcə bir papaz yaşayır. Devran Media Katsi dikindən maraqlı görüntüləri təqdim edir: