03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ronaldo həmkarını “nokdaun”a saldı - VİDEO

11.02.2019

"Yuventus” futbol klubunun şərəfini qoruyan Kriştianu Ronaldu İtaliya çempionatı çərçivəsində "Sassuolo” klubuna qarşı keçirilən matçda topa vurduğu güclü zərbə ilə komanda yoldaşı Sami Xediranı "nokdauna” salıb.
Maraqlı epizodun görüntüsü "Chris #FPL” "Twitter” səhifəsində yayılıb.
34 yaşlı forvard cərimə meydançası yaxınlığında ötürmə qəbul edir və tələsik zərbə endirən zaman sürətlə hərəkət edən top Xediranın başına tuş gəlir. Zərbənin gücündən alman futbolçu qazona yıxılır.
Qeyd edək ki, həmin oyunda "Yuventus” rəqibi "Sassuolo”nu 3:0 hesabı ilə darmadağın edib. Matçda həm Ronaldu, həm də Xedira fərqlənib. Beləcə, "Yuventus” A seriyasında mövqeyini daha da möhkəmləndirmiş olub. Hazırda turnir cədvəlinə başçılıq edən "Qoca sinyora”nın özündən sonra gələn "Napoli” klubu ilə 11 xal fərqi var.