03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qara Qarayev Fəxri xiyabanda anıldı

05.02.2019

Fevralın 5-də dahi Azərbaycan bəstəkarı, Dövlət mükafatı laureatı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, akademik Qara Qarayevin anadan olmasının 101-ci ildönümündə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət ediblər.
"Dövran Media" xəbər verir ki, bəstəkarın xatirəsi ehtiramla yad olunub, məzarı önünə əklil qoyulub, tər çiçəklər düzülüb
Anım mərasimində çıxış edən Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə görkəmli bəstəkar, pedaqoq və ictimai xadimin həyat və yaradıcılığı haqqında danışaraq ürək sözlərini, xatirələrini bölüşüb. Vurğulayıb ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Qara Qarayev Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir.
Bəstəkar Elnarə Dadaşova çıxışı zamanı diqqətə çatdırıb ki, Qara Qarayevin melodiya, ritm, musiqi forması sahəsində axtarışları Azərbaycan xalqının musiqi təfəkkürü xüsusiyyətlərinə, eləcə də ötən əsrlərin dünya bəstəkarlıq məktəbləri və musiqi cərəyanlarının ən yaxşı nümunələrinə əsaslanır.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusifli bildirib ki, musiqi sənətinin demək olar ki, bütün janrlarına müraciət etmiş bəstəkarın əsərləri dünyada şöhrətqazanıb, baletləri keçmiş SSRİ-nin və bir çox dünya teatrlarının səhnəsində tamaşaya qoyulub.
Çıxışlarda vurğulanıb ki, Qara Qarayev yaradıcılığı boyu Azərbaycan musiqisinin inkişafına çalışıb. Onun əsərləri bu gün də dünya səhnələrində səslənməklə mükəmməlliyini bir daha sübut edir.
Mərasimdə bəstəkarın ailə üzvləri – Xalq artisti, professor, bəstəkar Fərəc Qarayev, Züleyxa Qarayeva-Bağırova, Mədəniyyət Nazirliyinin əməkdaşları, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivi, Bəstəkarlar İttifaqı və musiqi ictimaiyyətinin nümayəndələri iştirak ediblər.