27 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ardanın məhkəməsi başlayır - 12 il həbs tələbi

30.01.2019

3 ay əvvəl futbolçu Arda Turan və müğənni Berkay Şahin arasında başlayan mübahisə davaya çevrilmişdi.
"Dövran Media" xəbər verir ki, tərəflərin davası zamanı Berkayın burnu qırılıb. Tərəflər bir-birindən şikayət ediblər və bu gün hakim qarşısına çıxacaqlar.
Hadisə 3 ay əvvəl olub. Arda Turan bir əyləncə məkanında Berkayın həyat yoldaşı Özləm Ada Şahinə sataşdığı üçün aralarında mübahisə düşüb.
Mübahisə davaya çevrilmişdi və futbolçu müğənninin burnunu sındırmışdı. Davadan sonra isə Arda tapança ilə Berkayın müalicə olunduğu xəstəxanaya getmişdi.
Bu gün isə tərəflər hakim qarşısına çıxacaq. Arda Turan cinsi zorakılıq, qəsdən yaralama, silahdan atəş açma, qeyri-qanuni silah gəzdirmə maddələri ilə ittiham olunur.
Onun 12.5, Berkayın isə 2 il həbsi tələb edilir.