27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zamiq: Dönər mənim üçün əlçatmaz idi

28.01.2019

Müğənni Zamiq Hüseynovun həyatı yazılsa, roman olar. Bəzi yazıçılar müğənninin şəxsi həyatı barədə bədii əsər yazmağı da təklif ediblər. Bu barədə o, özü MTV-də yayımlanan "3 canlı” proqramına danışıb.
"Dövran Media" xəbər verir ki, o, verilişin xüsusi buraxılışında aparıcı Rəhim Rəhimlinin suallarını cavablandırıb.
Müğənni efirdə ikinci dəfə ailə qurması barədə yayılan xəbərlərə bir daha aydınlıq gətirib:
"Həyatdır, yazılır, biz də yaşayırıq. Mən keçmiş illərimi fəxrlə danışıram. Mənim 10 il əvvəl yaşayışımı görsəydiniz, indi öz halınıza şükür edərdiniz. 11-12 yaşımda metrolarda alver edirdim. Adi dönər mənim üçün ən əlçatmaz yemək idi. Qaçqınlar üçün tikilmiş yataqxanada yaşayırdıq.16 yaşımdan sonra isə toylara getməyə başladım. Bütün xırdalıqları danışmaq istəmirəm”.  
Bundan əlavə, Zamiq müğənni Abbas Bağırovla uşaqlıqdan dost olsalar da aralarının soyuq  olduğunu açıqlayıb:
"Küsməmişik, sadəcə danışsaq küsəcəyik. Soyuq münasibətlər hər ikimizə sərf edir"