27 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Makqreqorun yaxtası - VİDEO

28.01.2019

İrlandiyalı MMA döyüşçüsü və boksçu Konor Makqreqor yeni yaxtasını nümayiş etdirib.
"Dövran Media"nın verdiyi xəbərə görə, bazar günü, yanvarın 27-də "Instagram”da yayılan videoda o, aldığı yaxtanın şəkillərinin olduğu broşürü vərəqləyir.
Döyüşçü qiyməti 3 milyon funt (7 milyon manat – red.) dəyərində fransız brendi "Prestige” istehsalı olan gəmi alıb.
Broşürün səhifələrindən birində amerikalı boksçu Məhəmməd Əlinin sözləri qeyd olunub.
"Risk etmək üçün yetərli dərəcədə cəsarətli olmayan həyatda heç nəyə nail olmayacaq”, - deyə sitatda deyilir. Lakin Məhəmməd Əlinin adının yazılışında səhvə yol verilib – müəlliflər Muhammad əvəzinə, Mohammad yazıblar (boksçunun adı ingiliscə Muhammad yazılır).
Növbəti səhifədə isə K.Makqreroqun öz sözləri qeyd olunub:
"Arzu dalınca qaçmaq məni ilhamlandırır”