27 04 2024-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xalq artisti: "Nə Xoşqədəm, nə Zaur, nə də "ovçarka..." - VİDEO

28.01.2019

Dövlət Musiqili Teatrının repertuarında olan "Bankir adaxlı" tamaşasında bəzi dəyişikliklər edilib.
"Dövran Media" bildirir ki,tamaşanın efirn variantında narkotik vasitələr (nəşə) təbliğ  edilib. Tamaşada Atakişikişi obrazı (Çingiz Əhmədov) oğlu Balakişi ilə dialoqunda övladına daha ağır narkotik vasitələrdən uzaq olmağı tövsiyyə etsə də, əvəzində başqa bir "məsləhət" verir:
"İynə vurma, amma nəşə çək".
Nisə xanım (Afaq Bəşirqızı)  isə qızı Məleykə (Ülviyyə Əliyeva) ilə dialoqunda olan tanınmış teleaparıcılar Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevi "ovçarka" ilə müqayisə edir:
"Məleykə, səni görüm ər corabına həsrət qalasan. Birini xamlayıb getsən də, toy günündə elə itsin ki, nə Xoşqədəm, nə Zaur, nə də "ovçarka" axtarıb  tapa bilməsinlər".
Teatrın direktoru Əliqismət Lalayev əməkdaşımızla söhbətində sözügedən tamaşada işlədilən ifadələri belə izah edib:
"O sözlər mətndə olmayıb, sadəcə aktyorların improvizəsidir. Amma hesab edirəm ki, bu cür improvizə doğru deyil".