27 04 2024-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Aktyorlar ən yaxşıları seçdilər - VİDEO

28.01.2019

ABŞ-ın Los-Anceles şəhərindəki "Shrine Auditorium"da 25-ci ənənəvi ABŞ Kinoaktyorlar Gildiyasının Mükafatlarının (Screen Actors Guild Awards, SAG) təqdimat mərasimi keçirilib.
"Dövran Media" bildirir ki, "Ən yaxşı rol" nominasiyasında Qlenn Klouz və Rami Malek qalib gəliblər.
"Ən yaxşı film" mükafatını "Black Panther" alıb.
"The Star is Born" filmində baş rollarda oynamış Ledi Qaqa və Bredli Kuper müvafiq olaraq "Ən yaxşı aktrisa" və "Ən yaxşı aktyor" nominasiyalarında favorit sayılsalar da, mükafatsız qalıblar.
SAG mükafatını alanlar əksər hallarda "Oscar"a da layiq görürürlər. Çünki SAG-ın münsiflər heyətinin üzvlərinin əksəriyyəti "Oscar" laueratlarını müəyyənləşdirən kinoakademiklər arasındadır.
SAG (Screen Actors Guild) ABŞ-da çalışan 120 mindən artıq aktyor və aktrisanı birləşdirir. 1995-ci ildən bəri təqdim olunan SAG mükafatı əlində maska tutmuş aktyorun bürünc heykəlciyidir.
Builki SAG-ın əsas nominasiyalarını və qaliblərini təqdim edirik:
"Ən yaxşı aktyor" - Remi Malik (Bohemian Rapsody)
"Ən yaxşı aktrisa" - Qlenn Klouz (The Wife)
"İkinci planda ən yaxşı aktyor - Maherşala Ali (Green Book)
"İkinci planda ən yaxşı aktrisa" - Emili Blant (A Quiet Place)
"Bədii filmdə ən yaxşı aktyor heyəti" - Black Panther