27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İt sahibini xilas etdi - VİDEO

24.01.2019

Təcili yardım maşınını görən köpək irəli qaçmağa başlayıb. O, sahibinin yerə yıxıldığı yerə çatanda durub. Bu minvalla köpək sahibini ölümdən xilas edib.
"Dövran Media" bildirir ki, olay Çinin şimalındakı Şansi vilayətində, Yunçen şəhərində yaşanıb.
Qızılı retiver cinsindən olan köpəyin sahibi səkidə yeriyərkən qəflətən huşunu itirərək yerə yıxılıb.
Yoldan keçənlər təcili yardıma zəng vurublar.
Yolun ortasında duraraq yardım gözləyən it həkimləri görəndə irəli qaçmağa və aradabir dönüb geri baxmağa, təcili yardım maşınının onun arxasınca irəlilədiyini yəqinləməyə başlayıb.