04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Adnanın “kediciyi” 100 səhifəlik ifadə verdi

16.01.2019

Adnan Oktar qruplaşmasının əsas "kediciklər”indən sayılan Beril Koncagül ifadə verib.
"Dövran Media" xəbər verir ki, 8 gün prokurorluqda ifadə verən Koncagül qruplaşma daxilində zorakılıq, məcburi tatu etdirmə və çirkli pulların yuyulması kimi cinayətləri danışıb.
Adnan Oktar istintaqı çərçivəsində həbs edilən Beril Bursa həbsxanasında peşman olduğunu bildirib və qruplaşma əleyhinə ifadə verməyə razılaşıb. 8 gün prokurorluqda ifadə verən "kedicik” sərbəst buraxılıb. Koncagülün ifadəsi 100 səhifədir və onun Adnana çox yaxın olan "bacılar qrupu”nun üzvü olduğu bildirilir. Beril ifadəsində qruplaşma daxilindəki oyunları bir-bir üzə çıxarıb.
Döyülmə, televiziyada məcburi rəqs, bədənin 3-də iki hissəsinə məcburi döymə vurdurma, evə həbs edilmə, rabitə vasitələrindən məhrum edilmə, çirkli pulların yuyulması, azadlığın əlindən alınması, təhdid və şantajla bağlı Beril ifadə verib.