04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünyanın ən bahalı avtomobili istehsal edildi - QİYMƏTİ

15.01.2019

Pekində dünyanın ən bahalı yolsuzluq avtomobili təqdim edilib.
"Dövran Media" xəbər verir ki, maşının qiyməti 2 milyon dollardır.
Qara rəngli avtomobilin qeyri-adi dizaynı var və "Stels" bombardmançı təyyarəsinə oxşayır. "Karlmann King" adlı markanın hər bir modeli fərdi sifariş əsasında yığılacaq. Layihə cəmi 10 belə avtomobil istehsalı üçün planlaşdırılıb.
Sifarişlə kuzovu gülləkeçirməz də hazırlamaq mümkündür. Bu zaman isə avtomobilin çəkisi 4.5 tondan 6 tona qədər artır. Avtomobilin interyeri xarici görünüşü ilə heç də uyğun deyil. Çünki salon bahalı bir otelin foyesini xatırladır.
"Karlmann King" modelini Avropadan olan mühəndislər komandası istehsal edir.