04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"İkinci yarı daha çətin olacaq" - Qurban Qurbanov

15.01.2019

"Komandada hər şey qaydasındadır. Futbolçulardan istədiyimiz performansı hələ tam ala bilməmişik. Amma zamanımız var. Düşünürəm ki, toplanışın sonunda hər şey istədiyimiz kimi alınacaq".
"Dövran Media" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Antalyada təlim-məşq toplanışında olan Ağdam təmsilçisinin düşərgəsinə baş çəkən Türkiyənin "TRT Spor" telekanalı Qurbanovun fikirlərini öyrənib. Hazırlığı dəyərləndirən çalışdırıcı mövsümün ikinci yarısında onları gərgin mübarizənin gözlədiyini vurğulayıb: "Mövsümün ilk yarısı bizim üçün çətin keçdi. Bəlkə də, qış fasiləsindən sonrakı dönəm daha çətin olacaq. Futbolçularımız hər məşqdə, hər oyunda çox diqqətli və ciddi olmalıdılar".
Qeyd edək ki, "Qarabağ" təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşünü sabah Macarıstan təmsilçisi "Uypeşt"ə qarşı keçirəcək.