4:47:47 22 05 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Sami Yusuf Alim Qasımovla mahnı oxuyacaq

14.01.2019

Sami Yusuf bu il növbəti albomunu çıxaracaq.
"Dövran Media" "The National”a istinadən xəbər verir ki, Azərbaycan əsilli britaniyalı musiqiçi və bəstəkar bildirib ki, yeni albom üzərində iş artıq başlanılıb və Mərakeşdə Meknes şəhərində səsyazmalar baş tutub.
Musiqiçi qeyd edib ki, yeni layihə bir sıra dünya musiqi ulduzları ilə əməkdaşlıq sayəsində ərsəyə gələcək.
Albomun adının "Ekstazi” olduğunu söyləyən musiqiçi deyib:
"Bu albom böyük muğam ifaçısı və Azərbaycanın milli xəzinəsi olan Alim Qasımov və bir sıra qavvali ifaçılarla birgə yaradılacaq albomdur. Bu, mənim üçün çox vacib bir layihədir və mən bunu bu il ərzində Londonun gözəl bir məkanında təqdim edəcəm”.